Taleh Quliyev vəzifəsindən ayrıldı

17:38 17 Fevral 2026

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

Sitat.info xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.

O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.



Xəbər xətti