2026-cı ilin ilk Günəş tutulması başa çatıb.
Sitat.info bu barədə Indianexpress.com-a istinadən xəbər verir.
Halqalı tutulma Antarktidadan və Cənub yarımkürəsinin digər hissələrindən müşahidə olunub.
Bakı vaxtı ilə saat 13:56-da başlayan Günəş tutulması saat 18:27-də başa çatıb.
Növbəti Günəş tutulması avqustun 12-də baş verəcək və bu, tam Günəş tutulması olacaq.