İran Hörmüzü bir neçə saatlıq bağlayır

21:34 17 Fevral 2026

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki strateji əhəmiyyətli Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

Sitat.info “Mehr”ə istinadla xəbər verir ki, buna səbəb hərbi təlimlərdir.

“Hərbi dəniz təlimləri zamanı təhlükəsizliyi və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün boğazın bir hissəsi bir neçə saatlıq bağlanacaq.

Təlimlərdə təhdidlərə cavab olaraq əks-hərbi ssenarilər tətbiq olunacaq”, - məlumatda bildirilib.



Xəbər xətti