Ukrayna, ehtimal ki, təklif olunan şərtləri qəbul etməli, ya da ABŞ-ın hava hücumundan müdafiə raketləri, kəşfiyyat məlumatları və rabitə dəstəyi olmadan mübarizəni davam etdirməli olacaq.
Sitat.info xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.
Bloomberg yazır ki, ABŞ Prezidenti Donald Trampın Rusiya–Ukrayna danışıqlarına münasibəti və Kiyevə yönəlmiş son sərt açıqlamaları Ukrayna Prezidenti Volodimir Zelenskini yaxın zamanda ən ağır qərarlardan biri ilə üz-üzə qoya bilər. Trampın bu il keçiriləcək seçkilər ərəfəsində konkret nəticə əldə etmək istədiyi bildirilir.
Məqalə müəllifi Mark Çempionun qeyd etdiyinə görə, Cenevrədə keçirilən danışıqlarda Rusiya Suveren Fondunun rəhbəri Kirill Dmitriyevin Trampın nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerlə ayrıca görüşü planlaşdırılıb.
Şərhə görə, Dmitriyevin əsas məqsədi ABŞ administrasiyasının Kiyevi güzəştə məcbur etmək üçün hansı “qiyməti” ödəməyə hazır olduğunu müəyyənləşdirməkdir.
Nigar,
Sitat.info