Rusiya və Ukrayna nümayəndələri arasında gərgin görüş - Ciddi irəliləyiş əldə olundu...

10:08 18 Fevral 2026

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna üzrə nizamlanma danışıqlarında ciddi irəliləyiş əldə olunduğunu bildirib.

Sitat.info xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra bu barədə X platformasında paylaşım edib.

Uitkoffun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlarda moderator rolunu oynayıb. O qeyd edib ki, hazırkı ABŞ administrasiyasının tərəfləri bir araya gətirməsi “əhəmiyyətli irəliləyişə” səbəb olub. Tərəflər nəticələr barədə öz liderlərinə məlumat vermək və razılaşma əldə etmək məqsədilə işi davam etdirmək barədə razılığa gəliblər.

Bundan əvvəl TASS agentliyinin Rusiya nümayəndə heyətindəki mənbəyə istinadən yaydığı məlumata görə, Cenevrədə Ukrayna üzrə keçirilən üçtərəfli danışıqların iştirakçıları təmasları çərşənbə günü davam etdirmək barədə razılaşıblar. Mənbə bildirib ki, altı saat davam edən ilk gün kifayət qədər gərgin keçib.

Tehran,

Sitat.info



Xəbər xətti