ABŞ Yaxın Şərqə qırıcılar göndərib 

11:20 18 Fevral 2026

 ABŞ son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox “F-35”, “F-22” və “F-16” qırıcıları göndərib.

Sitat.info xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat verib. 

Analitiklər bildirirlər ki, bu miqyasda hərbi yerləşdirmə bölgədə onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirə bilər.

Bu addım Cenevrədə keçirilmiş İran-ABŞ nüvə danışıqları ilə eyni vaxta təsadüf edib və Vaşinqtonun bölgədə artan hərbi aktivliyinin göstəricisi kimi dəyərləndirilir.

Amerikalı bir rəsmi “Axios”a açıqlamasında bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, ancaq hələ müzakirə edilməli çoxlu detallı məsələlər qalır.

Mənbənin sözlərinə görə, İran iki həftə ərzində ABŞ-yə daha ətraflı təklif təqdim edəcəyinə söz verib.

Tehran,

Sitat.info

 



Xəbər xətti