İranlı ekspert yenidən Azərbaycana qarşı əsassız iddialar irəli sürdü - Foto

14:27 18 Fevral 2026

Daim anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı siyasi şərhçi Ehsan Movəhhediyan Azərbaycanla bağlı növbəti iddialarını səsləndirib.

Sİtat.info xəbər verir ki, bununla bağlı ekspert, özünü İranda ilk enerji xəbərləri və təhlil bazası kimi təqdim edən "Enerji xətti" adlı Teleqram kanalına müsahibəsində danışıb.

Movəhhediyan iddia edib ki, 12 günlük müharibə və etirazlar zamanı Azərbaycan rəsmiləri Təbrizə ordu göndərilməsindən danışıb və rəsmilər İranın ali rəhbəri Əli Xameneyinin istefa verməli olduğunu deyiblər. Bu fikirlər üçün o, heç bir mənbə göstərməyib.

Müsahibədə o, israilli professor və məşhur politoloq Brenda Şefferin adını da çəkərək, Şefferin İranın parçalanmasını təşviq etdiyini və SOCAR tərəfindən maliyyələşdirildiyini iddia edib.

Tehran



Xəbər xətti