Ərdoğandan SƏRT MÖVQE: “İrana hücum heç kimin xeyrinə deyil"

15:30 18 Fevral 2026

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İrana hərbi hücum heç kimin maraqlarına uyğun deyil və Ankara bu mövqeyini ABŞ tərəfinə açıq şəkildə çatdırıb.

Sitat.info xəbər verir ki, Ərdoğan Vaşinqtona Ankaranın İrana qarşı istənilən hərbi addıma qarşı olduğunu bildirdiklərini deyib.

Onun sözlərinə görə, Türkiyə İran və ABŞ arasında yaranmış fikir ayrılığının dialoq yolu ilə həllini dəstəkləyir və bu məqsədlə hər iki tərəflə təmasları davam etdirir.

Prezident vurğulayıb ki, hərbi eskalasiya bölgədə gərginliyi və qeyri-sabitliyi artırır və Ankara bu risklərə diqqət çəkməkdə davam edəcək.  

Nigar,

Sitat.info

 



Xəbər xətti