Gazprom: Avropada qaz ehtiyatları üçdə birin altına düşdü

15:46 18 Fevral 2026

Avropadakı qaz anbarlarında doluluq səviyyəsinin üçdə birin altına enib.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın enerji şirkəti Gazprom  açıqlayıb.

Bildirilib ki, qışa hazırlıq üçün yığılan bütün qaz artıq istifadə olunub və hazırda əvvəlki illərin ehtiyatlarından istifadə edilir.

Açıqlamaya görə, Almaniyada qaz anbarlarının doluluğu 23%, Fransada isə 23,6%-ə düşüb ki, bu da Avropa ortalamasından aşağıdır.

Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük qaz tədarükçüsü olan Gazprom 2021-ci ildə qitəyə 201,7 milyard kubmetr qaz ixrac etmişdi. Sanksiyalardan sonra şirkət bazar payını itirib və 2024-cü ildə Avropaya cəmi 15 milyard kubmetr qaz göndərib.

Aytac,

Sitat.info 

 



Xəbər xətti