"Əsas məsələlərdə ciddi irəliləyiş yoxdur" - Zelenskidən Cenevrə danışıqlarına REAKSİYA

15:59 18 Fevral 2026

 Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən danışıqlarda atəşkəsin monitorinqi ilə bağlı müəyyən irəliləyiş əldə olunduğunu bildirib.

Sitat.info xəbər verir ki, onun sözlərinə görə, siyasi iradə olarsa, atəşkəsə nəzarət mexanizmi demək olar ki, razılaşdırılıb və proses ABŞ-ın iştirakı ilə həyata keçiriləcək.

Zelenski qeyd edib ki, hərbi istiqamətdə tərəflər konstruktiv mövqe nümayiş etdiriblər və ümumi anlaşma var. Texniki detallarla bağlı geniş məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov Cenevrədən qayıtdıqdan sonra təqdim edəcək.

Prezident vurğulayıb ki, ərazi məsələləri, sanksiyalar və digər həssas siyasi mövzularda isə hələlik ciddi irəliləyiş yoxdur. Hərbi sahədə real addımlar atılsa da, siyasi istiqamətdə dialoq davam edir.

Nigar,

Sitat.info



Xəbər xətti