İcra başçısı tapşırıq verdi, şəhidin məzarüstü daşı yeniləndi - VİDEO

17:25 18 Fevral 2026

Şəhid Nurlan Malikovun anasının Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova etdiyi müraciətdən sonra verilmiş tapşırığa əsasən şəhidin məzarüstü daşı yenilənib.

Sitat.info xəbər verir ki, rayon rəhbəri bu gün Öncəqala kəndinə səfər edərək şəhidin məzarını ziyarət edib, ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstəyini ifadə edib.

Şəhidlərin xatirəsinin daim uca tutulması, məzarlarının mütəmadi ziyarəti və ailələrinə göstərilən diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırıqların bariz nümunəsi kimi qiymətləndirilir.

Səid

Həmin videonu təqdim edirik:



Xəbər xətti