İranda daha 29 məhbus edam edilib

19:21 18 Fevral 2026

3 gün ərzində İranın bir neçə şəhərində daha 29 məhbusun edam hökmü icra edilib.

Sitat.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.


Onların narkotik maddələrin alveri və qətldə günahlandırıldığı bildirilsə də, insan haqları təşkilatları onların arasında etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilənlərin də olması ehtimalını bildirirlər.
Bununla da cari ilin başlamasından bu günə kimi İranda edam edilənlərin sayı yüzləri ötüb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə, iki il əvvəlin eyni dövrü ilə müqayisədə isə 6,5 dəfə çoxdur.

Qeyd edək ki, ötən il İran həbsxanalarıda 2063 nəfər edam edilib və bu son 30 ilin ən çoxsaylı edamı sayılır.

Tehran
 



Xəbər xətti