"Nyukasl”ın futbolçuları Bakı küçələrində - Foto

20:12 18 Fevral 2026

İngiltərənin “Nyukasl” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq.

 
Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin kollektivi oyundan öncə Bakıda şəhər gəzintisinə çıxıb.
 
Bununla bağlı klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
 
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.



Xəbər xətti