"O vaxt "Qarabağ" play off-da "Braqa" ilə düşəndə hamımız narahat idik. Ancaq Qurban Qurbanov öhdəsindən gəldi. Lazım olan nəticəni birinci oyunda qazandı.
"Qarabağ"a gah deyirlər ki, səfər komandasıdır, gah deyirlər ev komandasıdır. Mən həmişə deyirəm ki, "Qarabağ" cavab oyununda həmişə daha yaxşı oynayır.
Mənim "Qarabağ"ın qələbəsinə inamım böyükdür. İndiyə qədər sübut edib ki, böyük komandalarla oynaya bilər. Məncə, "Nyukasl"la da gözəl oyun nümayiş etdirəcək"
Bu sözləri "Sitat.info"ya açıqlamasında tanınmış idman jurnalsti Orxan Sübhan deyib.
O.Sübhan "Qarabağ" - "Nyukasl" matçına proqnozunu da açıqlayıb:
"Çelsi"ni "Ayntraxtı" burada oyunda udduğumuz kimi oyun göstərə bilsə, inanın mənə, ilk oyunda "Nyukasl"ı məğlub edəcək. Yaxşı oldu ki, ilk oyun Bakıdadır. Səfərdə məğlub olsaydıq, sonra o məğlubiyyətin əvəzini çıxmaz çətin olacaqdır.
Düşünürəm ki, ilk oyunda 2:1 qələbə qazanacaq".
Səid,
Sitat.info