ABŞ prezidenti Donald Trump bu həftəsonu da daxil olmaqla İrana hərbi zərbə endirmək imkanını nəzərdən keçirir.
Sitat.info xəbər verir ki, bununla bağlı, CBS News telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hələlik yekun qərar qəbul edilməyib. Yüksək vəzifəli rəsmilər prezidentə ordunun potensial zərbələrə şənbə günü hazır ola biləcəyini bildiriblər.
Bununla belə, mümkün hərbi əməliyyatın vaxtının bu həftəsonundan sonraya saxlanılması ehtimalı da istisna edilmir.
Ağ Evin mətbuat katibi Kerolayn Levit açıqlamasında bildirib ki, İrana qarşı hərbi addım üçün müxtəlif arqumentlər mövcuddur, ancaq diplomatiya prezident üçün həmişə prioritet olaraq qalır.
Levitin sözlərinə görə, İranın yaxın həftələrdə Vaşinqtona daha ətraflı mövqe təqdim edəcəyi gözlənilir və prezident vəziyyətin inkişafını izləməyə davam edəcək.
Tehran,
Sitat.info