Əfqanıstanın Pərvan əyalətində yerli qurumlar tərəfindən müsadirə olunan 500 ədəd musiqi aləti yandırılaraq məhv edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı, “Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə” Qərargahının nümayəndələri məlumat veriblər.
Rəsmilərin bildirdiyinə görə, müxtəlif mərasimlərdə, toy və şənliklərdə istifadə olunan alətlər son bir il ərzində sakinlərdən toplanıb. Qərargahın nümayəndələri bu addımın “əxlaqsızlıqla mübarizə tədbirləri” çərçivəsində atıldığını açıqlayıblar.
Açıqlamada yerli əhali şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməməyə çağırılıb.
Son illərdə Əfqanıstanda musiqi və əyləncə sahəsinə tətbiq edilən məhdudiyyətlərin artdığı bildirilir.
Tehran,
Sitat.info