SEPAH ilə əlaqəli media orqanları İordaniyada yerləşən “Müvəffəq əs-Səlti” hərbi hava bazasını hədəfə alan video yayımlayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, videoda bazanın perronu və uçuş-enmə zolaqları göstərilərək “tammiqyaslı müharibə” xəbərdarlığı edilib.
Hesab edilir ki, bu görüntü güc nümayişindən çox psixoloji müharibə və bölgədə gərginlik yaratmaq məqsədi ilə hazırlanıb. İordaniyada yerləşən baza ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə cəmləşdirilməsi üçün əsas mərkəzlərdən biridir.
Tehran,
Sitat.info