Ukrayna 2026 Qış Paralimpiya Oyunlarını boykot edəcək

16:11 19 Fevral 2026

Ukrayna 2026-cı ildə İtaliyada keçiriləcək 2026 Qış Paralimpiya Oyunlarını boykot etmək qərarına gəlib. Buna səbəb kimi Rusiya və Belarus idmançılarına milli bayraqları altında yarışmaq icazəsinin verilməsi göstərilir.
 

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın gənclər və idman naziri Matviy Bidnyi X platformasında paylaşım edərək ölkə rəsmilərinin və idmançılarının oyunlarda iştirak etməyəcəyini bildirib.

 
" Açılış mərasimində iştirak etməyəcəyik. Oyunların heç bir rəsmi tədbirində iştirak etməyəcəyik”, – deyə nazir vurğulayıb.
 
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə səfirlərə müraciət edərək digər ölkələri də İtaliyada keçiriləcək Paralimpiya Oyunlarını boykot etməyə çağırmağı tapşırdığını açıqlayıb.
 
Nazir əlavə edib: "Etirazımıza qoşulmaq qərarına gələn azad dünyanın hər bir rəsmisinə təşəkkür edirik.”
 
Qeyd edək ki, 2026-cı il Qış Paralimpiya Oyunları İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.



Xəbər xətti