ABŞ Prezidenti Donald Tramp administrasiyası Qəzzada böyük hərbi baza inşa etməyi planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı Sülh Şurasının sənədlərinə istinadən “The Guardian” qəzeti yayıb.
İddialara görə, baza 350 hektar sahəni əhatə edəcək və 5000-dən çox hərbçi üçün nəzərdə tutulur.
Planlara əsasən, bazada 26 zirehli müşahidə qülləsi, silah atış sahəsi, bunkerlər və hərbi avadanlıq anbarı olacaq.