AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq

18:42 19 Fevral 2026

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə Sitat.info-ya AZAL-a istinadən xəbər verir.

Müraciətdə qeyd olunub ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) uyğun olaraq bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər

Şirkət vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.

AZAL həmçinin sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.



Xəbər xətti