“İnter Mayami”nin ulduzları Lionel Messi və Luis Suaresin övladlarının qol sevinci gündəm olub.
Sitat.info xəbər verir k, ABŞ klubunun akademiyasında çıxış edən Messinin oğlu Çiro və Suaresin oğlu Lauti vurduqları qoldan sonra məşhur “Pistolero” qol sevincini təkrarlayıblar.
Bu isə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Pistolero” sevinci uzun illər Suaresin qol vurduqdan sonra etdiyi simvolik jest kimi tanınır./Qafqazinfo
