Lavrovla Əraqçı arasında telefon danışığı olub

16:10 20 Fevral 2026

Bu gün Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bununla bağlı, IRNA agentliyi xəbər yayıb.

Məlumata görə, söhbət zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçı İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər, habelə, Cenevrədə keçirilmiş ABŞ–İran dolayı danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Lavrov bir daha vurğulayıb ki, “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) prinsiplərinə uyğun İranın qanuni hüquqlarına hörmət edən ədalətli və diplomatik həll yolunun tapılmasını dəstəkləyir”.

Telefon danışığında iki ölkə arasında ikitərəfli münasibətlərin gündəliyində olan qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.
Aytac,

Sitat.info 



Xəbər xətti