Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

17:48 20 Fevral 2026

25 fevral saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.
 
Bu barədə Sitat.info-ya Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək.
 
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
 
Qeyd edilib ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.



Xəbər xətti