İranlı nazir: ABŞ-la neft-qaz sahəsində əməkdaşlıq mümkündür

19:00 20 Fevral 2026

İranın neft naziri Mohsen Paknejad ölkəsi ilə ABŞ arasında neft-qaz sektorunda əməkdaşlıq ehtimalından danışıb.
 
O, nüvə danışıqlarını nəzərə alaraq, "hər şey mümkündür” deyib.
 
Nazir Tehranla Vaşinqton arasında neft-qaz sektorunda əməkdaşlığın hazırda həyata keçirilib-keçirilməyəcəyinin bəlli olmadığını qeyd edib.
 
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də İranın ABŞ-a neft sahəsində əməkdaşlıq təklif etdiyi ilə bağlı yazılar dərc olunub.
 
\apa



Xəbər xətti