Rusiya və Çindən İrana dəstək: “Məsələ diplomatik yolla həll olunmalıdır”  

11:18 21 Fevral 2026

Rusiya, Çin və İran nümayəndələri Vyanada İranın nüvə proqramı ilə bağlı məsələlərin yalnız siyasi və diplomatik yollarla həll olunmasının vacibliyini vurğulayıblar.

Sitat.info xəbər verir ki, bununla bağlı, dünən Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “İzvestiya” qəzetinə müsahibəsində açıqlama verib.

O, bildirib ki, fevralın 18-də Rusiya, Çin və İranın daimi nümayəndələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüş keçiriblər.

Diplomatın sözlərinə görə, görüş zamanı İranın nüvə məsələsi ətrafında mövcud problemlərin sırf siyasi və diplomatik üsullarla həll edilməsinin zəruriliyi xüsusi qeyd olunub.

Ulyanov açıqlamasında vurğulayıb ki, üç ölkənin diplomatik nümayəndəlikləri arasında bu formatda əməkdaşlıq davam etdiriləcək.

Tehran,

Sitat.info 



Xəbər xətti