Peyvənd vurulan körpə öldü

10:02 23 Fevral 2026

Goranboyda azyaşlı ölüb.

Sitat.info xəbər verir ki, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.

Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



Xəbər xətti