Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ ilə Cenevrədə keçirilən dolayı danışıqlardan sonra “həvəsləndirici siqnallar” aldıqlarını bildirib.
Sitat.info xəbər verir ki, prezident bununla bağlı, “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün praktik təkliflər mübadiləsi aparıblar.
Pezeşkian yazıb ki, İran bölgədə sülh və sabitliyə sadiqdir və son danışıqlar ümidverici siqnallar verib. Bununla yanaşı, o, vurğulayıb ki, Tehran ABŞ-nin addımlarını diqqətlə izləməyə davam edir və mümkün bütün ssenarilər üçün lazımi hazırlıqlar görülüb.
Nigar,
Sitat.info