Fevralın 21-i saat 23 radələrində Bakıda qətl törədilib.
“Sitat.info” xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədov bıçaqlanaraq öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.