İran bölgədə dəstək axtarır: İraq və Omanla diplomatik danışıqlar  

13:11 23 Fevral 2026

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı İraq və Omanın XİN başçıları ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, danışıqlarda regional və beynəlxalq məsələlər, eləcə də İran və ABŞ arasında davam edən nüvə müzakirələri əsas müzakirə mövzusu olub.

Əraqçı iraqlı həmkarı Fuad Hüseyn ilə söhbəti zamanı bölgədəki son prosesləri və Tehran–Vaşinqton xəttində gedən danışıqları müzakirə edib. Hüseyn İraqın diplomatik prosesə dəstəyini ifadə edərək, məsləhətləşmələrin İran üçün əlverişli nəticələr verəcəyinə və regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

İran XİN rəhbəri omanlı həmkarı Bədr əl-Busaidi ilə də telefonla danışıb.

Tərəflər İran və ABŞ arasında keçirilmiş əvvəlki danışıqları, eləcə də qarşıdan gələn görüşün təşkilati və texniki məsələlərini nəzərdən keçiriblər.

Tehran,

Sitat.info 



Xəbər xətti