Hindistanın Carxand əyalətində təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
Sitat.info xəbər verir ki, təyyarə ilə əlaqə havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra kəsilib və daha sonra təyyarənin Çatra bölgəsində qəzaya uğradığı müəyyən edilib.
Çatra Rayon Komissarı Keerthishree G təcili yardım təyyarəsindəki yeddi nəfərin hamısının öldüyünü təsdiqləyib.
Təyyarənin göyərtəsində iki pilot, bədəninin 63%-i yanıq xəsarətləri alan 41 yaşlı xəstə, onu müşayiət edən iki ailə üzvü, bir həkim və bir tibb işçisi olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Tehran,
Sitat.info