"Türkiyə–Ermənistan normallaşması Azərbaycanla sülh prosesindən asılıdır" - Fuat Oktay

15:20 25 Fevral 2026

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması birbaşa olaraq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlıdır.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu proseslər paralel şəkildə davam edir. “Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və regionun gündəliyini artıq münaqişələr deyil, sülh, rifah və inkişaf müəyyən edəcək. Gələcəkdə əsas diqqətimizi məhz gələcəyə yönəldəcəyik”, – deyə o qeyd edib.

Komitə sədri vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində həm taxılın Qazaxıstan və Rusiya üzərindən daşınması, həm də ticarət əlaqələrinin başlanması Azərbaycan tərəfinin özünə inamını göstərir. Onun sözlərinə görə, Azərbaycan planlaşdırılan saziş rəsmi şəkildə imzalanmadan və hüquqi öhdəliklər yaranmadan əvvəl belə razılaşmaların mərhələli icrasına başlayıb: “Bu, çox mühüm göstəricidir və Azərbaycanın özünə inamını nümayiş etdirir”.

Nigar,

Sitat.info 



Xəbər xətti