Pezeşkiandan gözlənilməz açıqlama: "Danışıqlarda yaxşı perspektivlər görürük"

11:20 26 Fevral 2026

Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan dolayı danışıqlarla bağlı nikbin açıqlama verib.

Sitat.info xəbər verir ki, o,  Tehranın xarici siyasət istiqamətində fəal iş apardığını və qonşu ölkələrlə münasibətlərin yaxşılaşdığını bildirib. 

Pezeşkian Cenevrədə İran və ABŞ arasında keçiriləcək dolayı danışıqlara toxunub: “Danışıqlar sahəsində yaxşı perspektivlər görürük. Xarici işlər naziri Abbas Əraqçı Cenevrədə keçiriləcək növbəti görüşdə iştirak edəcək. Proses ali liderin rəhbərliyi altında idarə olunur və məqsəd ölkəni “nə müharibə, nə də sülh” vəziyyətindən çıxarmaqdır”.

Pezeşkian əlavə edib ki, əgər danışıqlar uğurlu olarsa, mövcud maneələrin aradan qaldırılması daha asan olacaq.

Nigar,

Sitat.info 



Xəbər xətti