Pezeşkian: “Xameneyinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq”  

13:16 26 Fevral 2026

 Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin nüvə silahı əldə etmək niyyətində olmadığını açıqlayıb.

Sitat.info xəbər verir ki, o, bu mövqenin ölkənin ali rəhbəri Əli Xameneyi tərəfindən verilmiş dini fətvaya əsaslandığını bildirib. 

“Ali rəhbər nüvə silahı əldə etməyəcəyik dedikdə, bu, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. Ali lider siyasətçilər kimi yalan danışa bilməz”, - deyə, Pezeşkian vurğulayıb.

Prezident qeyd edib ki, Xameneyinin bu mövqeyi siyasi deyil, dinə və fiqhə əsaslanır. O, əlavə edib ki, bir icmanın dini lideri nüvə silahı yaradılmayacağını deyərsə, bu mövqe inanc və fiqh çərçivəsində qəbul edilir.

Qeyd edək ki, Xameneyi 2003-cü ilin oktyabrında nüvə silahlarının hazırlanması və istifadəsini qadağan edən şifahi fətva verib. Daha sonra 2005-ci ildə bu fətva rəsmi olaraq AEBA-ya təqdim olunub.

Nigar,

Sitat.info



Xəbər xətti