Braziliyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 46-ya çatıb.
Sitat.info xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Minas Gerais ştatına bağlı Juiz de Fora və Uba şəhərlərində leysan yağışlar sel və torpaq sürüşmələrinə yol açıb. Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 46-ya yüksəlib, 21 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox zərər çəkən Juiz de Fora şəhərində yüksək risk səbəbindən 3 600 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Aytac,
Sitat.info