Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı yaralandı

15:00 26 Fevral 2026

Bu gün səhər saatlarında Gürcüstanın qərb bölgəsində, Kobuleti-Batumi yolunda ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Sitat.info Bakupost.az-a istinadən xəbər verir ki, qəza zamanı avtobusla və yük maşını toqquşub.

Hadisədən sonra yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb.

Yaralanan şəxs 49 yaşlı şəxs Azərbaycan vətəndaşıdır. “Kobuleti Medical Center”a çatdırılan yaralının vəziyyəti stabildir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı “yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarının pozulması nəticəsində insan ölümü” maddəsi üzrə cinayət işi açıb.



Xəbər xətti