"Ermənistan heç vaxt Tehran üçün təhdid olmayacaq”
Sitat.info İran mediasına istinadən xəbər verir ki, bu gün İranın İrəvandakl səfiri Xəlil Şirqulami jurnalistlərə açıqlama verib. O bildirib ki, Tehran ABŞ-nin “Tramp yolu” siyasəti ilə bağlı narahatdır, lakin bu narahatlıq birbaşa Ermənistanla deyil, şərtlərlə bağlıdır.
Şirqulami deyib ki, Amerika tərəfinin İrana münasibəti fonunda narahatlıqlar yaranıb, lakin məsələ erməni həmkarları ilə səmimi müzakirə olunub.
Səfir əlavə edib ki, Ermənistan heç vaxt İran üçün təhdid mənbəyi olmayacaq və hər iki tərəf qarşılıqlı anlaşma şəraitində məsələləri müzakirə edib.
Tehran Yusifli,
Sitat.info