İran ABŞ-nin Bağdaddakı hərbi bazasını hədəf aldı

09:00 2 Mart 2026

İran ABŞ-nin İraqın paytaxtı Bağdadda yerləşən “Victoria” hərbi bazasını hədəf alıb.

Sitat.info xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, iki pilotsuz uçuş aparatı Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən “Victoria” bazasını vurub.

Qeyd olunub ki, dronlardan biri bazanın ərazisinə düşüb, digəri isə müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Əsas hədəf “Victoria” bazasının daxilində yerləşən logistika dəstək mərkəzi olub.



Xəbər xətti