İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını qadağan edib.
Sitat.info məlumatına görə, bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə bir sıra məhsulların ixracına qadağa tətbiq edib.
Qeyd olunan məhsulların ixracı qadağası qeyri-müəyyən müddətədək davam edəcək.
Əlavə edək ki, ötən gün də İran kartofun ixracına qadağa tətbiq etmişdi. (Trend.az)