Türkiyə müharibənin başlamasını gecikdirdi.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, Türkiyənin müharibənin baş verməməsi üçün mübarizə apardığını qeyd edib: “Yaradıcı həll yolları da təklif etdik. Hətta müharibənin başlamasını gecikdirdik. Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular”.
Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib.
“Türkiyə özünü həmişə qoruyacaq. Bunun üçün lazım olan iradəyə də, potensiala da sahibik. Bunu İran mövzusundan ayrı şəkildə deyirəm”, - Türkiyə XİN rəhbəri əlavə edib.