Martın 3-də Avropada (TFF indeksi) qazın qiyməti 2023-cü ilin yanvar ayından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 700 dolları (30 faiz) keçərək 711 dollar olub.
Sitat.info xəbər verir ki, bu barədə Londonun İCE birjasından məlumat verilib.
Bildirilib ki, kəskin artıma İranın dünya mayeləşdirilmiş təbii qazının 20%-ə qədərinin və neftin 15%-nin keçdiyi əsas marşrut olan Hörmüz boğazını bağlaması səbəb olub.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına və İsrailə cavab zərbələri endirir.