Tramp: “İran ilk hücumu edəcəkdi, biz qabaqladıq”

22:43 3 Mart 2026

ABŞ prezidenti Donald Tramp İsrailin təkidi ilə müharibəyə qoşulduğu ilə bağlı iddiaları inkar edib. 

Sitat.info xəbər verir ki, o ABŞ-nin ilk olaraq hərəkətə keçmək qərarı verdiyini deyib.

Donald Trump bildirib ki, İranın ilk hücumu edəcəyinə əmin olub və bunun qarşısını almaq üçün ABŞ və İsrail əvvəlcədən hərəkətə keçib: “Əgər nəsə etmişəmsə, İsraili mən tələsdirmiş ola bilərəm, amma onlar da hazır idi, biz də”.

Tramp İranın hava müdafiə sistemləri, donanması və bir çox silahlarının məhv edildiyini iddia edib.

Marco Rubio isə Konqresdə çıxışında bildirib ki, ABŞ İranın hücumunu gözləyə bilməzdi və daha çox itkinin qarşısını almaq üçün qabaqlayıcı müdafiə addımı atılıb.

Qeyd edək ki, ABŞ mediasında bu açıqlamalardan sonra Vaşinqtonun münaqişəyə İsrail tərəfindən cəlb olunduğu barədə müzakirələr güclənib.

ABŞ və İsrail fevralın 28-də, danışıqlar davam etdiyi vaxt İrana hərbi əməliyyat başladıb. İran isə bölgədə ABŞ bazalarının yerləşdiyi ölkələrdə hədəflərə cavab zərbələri endirib. Məlumata görə, hücumlar nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xamenei də daxil olmaqla yüksək vəzifəli şəxslər həlak olub. İran Qızıl Aypara Cəmiyyəti 787 nəfərin öldüyünü açıqlayıb.

Tehran,

Sitat.info



Xəbər xətti