İsrael Katz: Xameneinin varisi də hədəf olacaq

10:50 4 Mart 2026

İsrailin müdafiə naziri İsrael Katz İranın ali lideri Seyid Əli Xameneinin mümkün varisi ilə bağlı sərt bəyanatla çıxış edib.

Sitat.info bu barədə Əl-Cəzirəyə istinadən xəbər verir. 

Katz bildirib ki, İsrail ordusu Xameneinin yerinə təyin olunacaq istənilən İran liderini hədəfə almağa cəhd edəcək.

Onun sözlərinə görə, “İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və region ölkələrini təhdid etmək, eləcə də İran xalqına zülm siyasətini davam etdirmək üçün İran terror rejimi tərəfindən təyin olunmuş istənilən lider birmənalı şəkildə məhv edilməli hədəf olacaq”.

Nazir vurğulayıb ki, həmin şəxsin adının nə olması və harada gizlənməsinin fərqi yoxdur.

Katz əlavə edib ki, İsrail İranın imkanlarını sıradan çıxarmaq və “İran xalqının mövcud hökuməti devirməsi üçün şərait yaratmaq” məqsədilə ABŞ ilə birgə fəaliyyətini davam etdirəcək.

Tehran,

Sitat.info



Xəbər xətti