Bu gün səhər saatlarında Urmiya şəhərinə endirilən hava zərbələri nəticəsində 9 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, bu haqda Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.
“Urmiyada Sənaye Şəhərciyinə endirilən zərbələr nəticəsində iki minik avtomobilində olan 9 nəfər həlak olub”, - məlumatda bildirilib.
Urmiyanın Təpəbaşı kəndindən olan qurbanların mülki şəxslər olduğu qeyd olunub.