Şri-Lanka hökuməti İran gəmisində insanları xilas etməyə çalışır

11:45 5 Mart 2026

Şri-Lanka rəsmiləri ölkə sahilləri yaxınlığında yerləşən daha bir İran gəmisində olan insanların xilas edilməsi üçün tədbirlər gördüklərini açıqlayıblar.

Sitat.info xəbər verir ki, bu barədə hökumətin kabinet sözçüsü Nalinda Jayatissa məlumat verib.

Onun sözlərinə görə, gəmi Cənubi Asiya ada dövlətinin ərazi sularından kənarda, iqtisadi zonada yerləşir.

“İnsanların həyatını qorumaq üçün əlimizdən gələni edirik”, – deyə sözçü bildirib.

Qeyd edək ki, Şri-Lanka yaxınlığında İran gəmisinə hücum edilib. “Reuters”in məlumatına görə, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər isə yaralanıb.
Hücumun kim tərəfindən və hansı şəraitdə baş verməsi ilə bağlı hələlik məlumat verilməyib.

Aytac,

Sitat.info 



Xəbər xətti