ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin artması ilə bağlı narahat olmamağa çağırıb.
Sitat.info bildirir ki, o, Yaxın Şərqdəki münaqişə səbəbindən yaranan yüksək qiymətin müvəqqəti olduğunu bildirib. Tramp bu barədə fikirlərini CNN müxbirləri ilə söhbətində bildirib.
CNN jurnalisti Dana Beş Amerika liderinin sosial media hesabında dediyi sözləri sitat gətirib: “Hər şey yaxşıdır, bu qısamüddətli olacaq, çox tez bir zamanda aşağı düşəcək”.
Xatırladaq ki, Yaxın Şərqdə şiddətlənən münaqişə neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Avropa ölkələri hücum altındadır və həmçinin qaz təchizatında fasilələrlə üzləşmək riski ilə üzləşirlər.