Azərbaycana Yaxın Şərqdən turist axını 22 %-ə yaxın artıb

11:11 7 Mart 2026

Bu ilin yanvar ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 26 240 turist gəlib.

Sitat.info-nun əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 8 976 nəfər. Bu, 1 il əvvələ nisbətən 44,9 % çoxdur.

Bundan əlavə, İsraildən - 4 972 (2,4 dəfə çox), BƏƏ-dən - 137 (-42,7 %), Küveytdən - 3 555 (-4,5 %), Omandan – 2 146 (+17,3 %), Misirdən - 1 013 (+ 76,8 %), Bəhreyndən – 659 (+32,6 %), İordaniyadan - 532 (+45 %) , İraqdan - 480 (2,2 dəfə çox), , Yəməndən - 293 (-0,3 %), Qətərdən – 290 (+40,8 %), Livandan – 94 (+40 %), Fələstindən – 87 (+ 20,8 %) və Suriyadan 16 nəfər (+77,8 %) turist gəlib.

Yanvarda Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da illik müqayisədə 8 984 nəfər və yaxud 5 % çoxdur.



Xəbər xətti