Lavrov ərəb ölkələrini tənqid etdi: “170 məktəbli qızın bombalanmasını qınadınızmı?”

09:45 9 Mart 2026

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrini Yaxın Şərqdə baş verən proseslərə münasibətdə ikili yanaşmada ittiham edib. 

Sitat.info xəbər verir ki, Lavrov bu ölkələrin hava məkanından İrana qarşı istifadə edilməsini qınayıb. 

Lavrov bildirib ki, bir çox ərəb ölkələri əvvəlcədən münaqişənin hərbi həll yolu ilə inkişaf etməməli olduğunu və hava məkanlarının hərbi əməliyyatlar üçün istifadə edilməsinə icazə verməyəcəyini açıqlamışdı.

Lakin o qeyd edib ki, hadisələr başlayandan sonra ABŞ və İsrailin hərəkətlərinə qarşı kifayət qədər sərt mövqe göstərilməyib.

Nazir çıxışında xüsusilə belə bir sual səsləndirib: “İranda 170 məktəbli qızın bombalanmasını qınadınızmı?”

Lavrov bəzi ərəb ölkələrinin BMT Təhlükəsizlik Şurasına İranla bağlı təqdim etməyi planlaşdırdıqları qətnamə layihəsini tənqid edib. Onun sözlərinə görə, həmin sənəddə yalnız İranın hücumları qınanır, ancaq ABŞ və İsrailin hərəkətləri barədə heç bir qeyd yoxdur.

Nigar,

Sitat.info



Xəbər xətti