İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib və ölkənin bütün diplomatik korpusu adından yeni liderə sədaqət andı içib.
Sitat.info xəbər verir ki, İran xarici işlər nazirinin mesajı nazirliyin rəsmi saytında dərc edilib.
Mesajda deyilir ki, yeni Ali Liderin seçilməsi ölkə üçün mövcud təhlükəli vəziyyətdə onun suverenliyinin və ərazi bütövlüyünün qorunmasına zəmanət verir və milli birliyi gücləndirir.
Əraqçi öz adından və İslam Respublikasının bütün diplomatları adından ölkənin üçüncü Ali Liderinə sədaqətini təsdiqlədi və İran xalqının hüquqlarının qorunması və İranın milli maraqlarının beynəlxalq arenada irəli sürülməsi öhdəliyindən bir an belə imtina etməyəcəyinə and içdi.
Aytac,
Sitat.info