İran, Müjtəba Xameneinin ölkənin yeni dini lideri seçilməsindən sonra İsrailə qarşı üç ardıcıl hücumu dalğası başladıb. İki dalğa İsrailin şimalını, üçüncü dalğa isə paytaxt Tel-Əviv də daxil olmaqla İsrailin mərkəzini hədəf alıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İranın qisas hücumu ilə ölkənin böyük bir hissəsində sirenlərin səslənib, milyonlarla israilli sığınacaqlara axın edib. Tel-Əviv və Qüds üzərində güclü partlayışlar eşidilib.
"Yedioth Ahronoth" qəzeti zərbələrin İsrailin mərkəzi Lod və Rişon Lezion şəhərlərinə düşdüyünü və ziyan vurduğunu bildirdi.
İsrailin təcili yardım xidməti 40 yaşlı bir qadının qəlpələrdən yaralandığını bildirib.
İsrailin 12-ci Kanal televiziyası şimaldakı bəzi hücumların açıq ərazilərə düşdüyünü açıqlayıb.
Tehran,
Sitat.info