İranın ABŞ hərbi bazalarının mövcud olduğu Körfəz ölkələrinə hücumları artdıqca, bu ölkələrin liderlərinin ABŞ prezidentinə müharibənin dayandırılması ilə bağlı təzyiqlərinin olacağı gözlənilən idi. Ekspertlər İranın əsas məqsədlərindən birinin də məhz bu olduğunu qeyd edirdilər.
Bu gün BƏƏ Prezidenti Məhəmməd bin Zayed ABŞ Prezidenti Donald Trampa zəng edərək, onunla regionda yaşanan vəziyyəti müzakirə edib.
Sitat.info-nun BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-a istinadən məlumatına görə, Bin Zayed Prezident Trampla telefon danışığı aparıb.
Bin Zayed və Tramp regiondakı hadisələri və onların regional və beynəlxalq təhlükəsizliyə və sülhə təsirini müzakirə ediblər.
Onlar İranın BƏƏ və digər ərəb ölkələrini hədəf alan cavab hücumları da daxil olmaqla, regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Bin Zayed və Tramp İranın ərəb ölkələrinə hücumlarını "regionun təhlükəsizliyinə və sabitliyinə təhdid" adlandırıblar.
Aytac,
Sitat.info